Arturo Vidal klubu "Barselona"nı məhkəməyə verib.
Fanat.Az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisindən 2.4 milyon avro tələb edir.
Çilili futbolçu bildirir ki, müqavilənin bir bəndinə əsasən ötən mövsüm baş tutuan oyunların 60 faizində ən azı 45 dəqiqə meydanda olduğu təqdirdə, 2 milyon avroya yaxın mükafat almalıdı. Laikin Vidal matçların yarısında meydanda olub və klub bu səbəbdən razılaşdırılmış məbləğdən əlavə ödəməkdən imtina edib. Futbolçunun vəkilləri isə ödənişin 50 faizinin verilməsini tələb edir.
Müqaviləyə əsasən, klun həmçinin ona Çempionlar Liqasında 1/8 və 1/4 finala çıxması, La Liqada çempion olmasına görə bonuslar ödənilməlidi.
Qeyd edək ki, Vidal "Barcelona"ya 2018-ci ildə "Bavariya"dan 18 milyon avroya transfer olunub. Cari mövsümdə 19 matça çıxıb 5 qol vuran və 1 məhsuldar ötürmə edən yarımmüdafiəçinin "İnter"ə keçməyə yaxın olduğu deyilir.
Fanat.Az