"Real" La Liqada 2020-ci ildə ilk oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Madrid klubu 19-cu turda "Hetafe"nin qonağı olub və 3:0 hesabı ilə qalib gəlib. Rafael Varanın dubl etdiyi oyunda Luka Modriç bir qol vurub.
"Barselona" isə "Espanyol"la səfər oyununda xal itirib - 2:2. Kataloniya klubunun heyətində Luis Suares və Arturo Vidal fərqlənib. "Espanyol"un qollarına isə David Lopes və Ley Vu imza atıb. "Barselona"dan Frenki de Yonq 75-ci dəqiqədə meydandan qovulub.
Bu nəticələrdən sonra "Barselona" və "Real"ın xal hesab bərabərləşib (40 xal). Bununla da turnir cədvəlində ikihakimiyyətlilik yaranıb. 35 xalı olan "Atletiko" və "Sevilya" 3-4-cü yerləri bölüşür.
Fanat.Az