"Yuventus"un sabiq futbolçusu Darko Kovaçeviç silahlı hücuma məruz qalıb.
Fanat.Az xəbər verir ki, hadisə Yunanıstanın paytaxtı Afinadakı evinin qarşısında baş verib. 47 yaşlı sabiq hücumçu naməlum şəxsin maşından düşərək onu silahla hədəf aldığını söyləyib. Kovaçeviç yayınmaq üçün yerə yıxılıb, biləyindən və dizindən xəsarət alıb. Atəş açan şəxsin yanında daha bir nəfər olub. Cinayətkarların qaçdığı maşın Afinada yanmış vəziyyətdə tapılıb.
Qeyd edək ki, Darko Kovaçeviç 1999-2011-ci illərdə "Yuventus"da çıxış edib. O, Turin təmsilçindən başqa Serbiyanın "Proleter", "Srvena Zvezda", İngiltərənin "Şeffild Uednesday", İspaniyanın "Real Sosyedad", İtaliyanın "Latsio" və Yunanıstanın "Olimpiakos" klublarında oynayıb. 46 yaşlı veteran hücumçu Yuqoslaviya, Serbiya və Çernoqoriya yığmalarının da formasını geyinib.
Fanat.Az