"Neftçi"nin sabiq futbolçusu Mateo Mujekin yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 25 yaşlı xorvat müdafiəçi Yunanıstanın "AE Larissa" klubuna keçib. O, yeni klubu ilə 2.5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Mateo Mujek 2017-ci ilin yayında "Neftçi" ilə 2 illik müqavilə imzalayıb. Lakin paytaxt təmsilçisi 2018-ci ilin fevralında müdafiəçi ilə sözləşməni qarşılıqlı razılaşma əsasında ləğv edib.
Fanat.Az