"Real"ın forvardı Kərim Benzema zədəsini sağaldıb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, o, komanda ilə məşqlərə başlayıb.Əlcəzair əsilli fransalının İspaniya kubokunun 1/16 finalında "Unionistas"la matçda oynaya biləcəyi bildirilib.
Benzemanın İspaniya Superkuboku ərəfəsində sıradan çıxdığını xatırladaq.
"Unionistas" - "Real" oyunu sabah keçiriləcək.
Fanat.Az