Ötən mövsüm "Fənərbaxça”nın "Çelsi”dən
icarəyə götürdüyü Viktor Mozes bundan sonra "İnter”in uğurları üçün çalışacaq.
Fanat.Az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat
yayıb. Nigeriyalı hücumçu ilə mövsümün sonuna qədər icarə müqaviləsi imzalanıb.
Milan təmsilçisi icarə müddətinin sonunda futboçunu birdəfəlik transfer etmək
hüququna malikdir.
Qeyd edək ki, 29 yaşlı forvard bu mövsüm "Fənərbaxça”da 7 oyuna 1 qol vurub. O,"Fənərbaxça"dan əvvəl "Liverpul" (2013-14), "Stok Siti" (2014-15)və "Veste Hem"də (2015-16) də icarə əsasında top qovub.
Fanat.Az