İngiltərə Futbol Assosiasiyası "Mançester Yunayted"i 20 min funt sterlinq məbləğində cərimələyib.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, buna səbəb komandanın futbolçularının Premyer Liqanın 23-cü turunda "Liverpul"la matçda etdiyi hərəkətdi. Belə ki, "Liverpul"un futbolçusu Roberto Firminonun birinci hissədə vurduğu qoldan sonra "qırmızı şeytanlar"ın oyunçular görüşün hakimi Kreyq Pousonu mühasirəyə alıblar. Firminonun qolu isə sonradanləğv olunub.
Qeyd edək ki, "Liverpul" - "Mançester Yunayted" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Fanat.Az