"Barselona" heyətinə yeni futbolçu qatır.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi Braziliyanın "Koritiba" klubunun gənc futbolçusu Yan Koutonu transfer edir.
Məlumata görə, klublar arasında danışıqlar müsbət yekunlaşıb. "Barselona" gənc futbolçu üçün qarşı tərəfə 5 milyon avro ödəyəcək.
Braziliyanın U-17 yığmasının üzvü mövsümün sonuna qədər "Koritiba"da çıxış edəcək. Koutonun yayda 18 yaşı tamam olacaq və ondan sonra "Barselona"ya qoşulacaq.
Qeyd edək ki, U-17 yığması ilə dünya çempionu olan Yan Kouto Braziliyanın yeni Dani Alveşi kimi tanınır.
Fanat.Az