Rusiya çempionatının I liqasında çıxış edən "Ximki”yə yeni baş məşqçisi təyin edilib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandaya bundan sonra Sergey Yuran başçılıq edəcək. Müqavilənin detalları haqda xəbər verilməyib.
Qeyd edək ki, Sergey Yuran 2011/12 mövsümündə "Simurq”u çalışdırıb. Hazırda "Ximki"də azərbaycanlı hücumçu Kamran Əliyev də çıxış edir.
Fanat.Az