"Sevilya”nın yarımmüdafiəçisi Ever Baneqa karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, argentinalı "Əl Şabab” klubuyla razılığa gəlib.
İnformasiyanı Səudiyyə Ərəbistanı təmsilçisinin rəsmi saytı yayıb. Baneqa artıq 3 illik anlaşmaya qol çəkib. "Sevilya” ilə mövsümün sonuna qədər müqaviləsi olan 31 yaşlı futbolçu yeni komandasına yayda qoşulacaq. "Əl Şabab” Baneqa üçün "Sevilya”ya pul ödəməyəcək.
Karyerası ərzində "Boka Xuniors”, "Valensiya”, "Atletiko”, "İnter” kimi klubların formasını geyinən Baneqa, 2017-ci ildə "Sevilya”ya transfer olunub.
31 yaşlı futbolçu Argentina millisində 65 matça çıxıb. Yığmanın formasıyla 6 qol vuran Baneqa 2018-ci ildən seçməyə dəvət almır.
Fanat.Az