Sergen Yalçının "Beşiktaş"a baş məşqçi təyinatı rəsmiləşib.
Fanat.Az klubun rəsmi saytına
istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.
Komanda yeni çalışdırıcının rəhbərliyi altında bu gün ilk məşqinə çıxıb.
Sergen Yalçın həm futbolçu həm də məşqçilik karyerasına İstanbul təmsilçisində
başlayıb. Onun çalışdırdığı son komanda "Malatyaspor" olub.
Qeyd edək ki, bir neçə gün öncə istefaya göndərilən Abdullah Avcının yerini tutub.
Fanat.Az