"Barselona" yeni hücumçu axtarır.
Fanat.Az İspaniya mətbuatına
istinadən xəbər verir ki, bu barədə komandanın 61 yaşlı baş məşqçisi Kike Setyen məlumat verib:
"Hücumçu almağı planlaşdırırıq. Alacağımız oyunçu mümkün qədər universal olmalıdır. Belə bir futbolçu tapmaq asan olmayacaq. Bir neçə variant var. Komandaya kömək edə biləcək hücumçu
lazımdır".
Qeyd edək ki, Kataloniya təmsilçisinin hücumçuları Luis Suares və Usman Dembele zədəlidir.
Fanat.Az