Cənubi Amerika Futbol Konfederasiyasından (KONMEBOL) Tokio-2020 Yay Olimpiya oyunlarında mübarizə aparacaq ikinci millinin də adı bəllidi.
Fanat.Az xəbər verir ki, bu, 23 yaşadək futbolçulardan ibarət Braziliya yığmasıdı. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.
23 yaşlılardan ibarət Braziliya millisi təsnifat mərhələsinin son turunda Argentinanı 3:0 hesabıyla məğlub edərək, Tokio-2020-yə vəsiqə qazanıb. Qrupda 3-cü və 4-cü yerləri tutan Uruqvay və Kolumbiyanın yarışlara qatılmaq arzusu çin olmayıb.
Daha öncə Argentinanın U-23 komandası Tokio-2020-yə vəsiqə qazanmışdı.
Fanat.Az