Azərbaycan U-21-nin və əsas millimizin sabiq üzvü Taşkın İlter Türkiyədə klubunu dəyişib.
Fanat.Az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi 2-ci liqa təmsilçisi "Eyüpspor”a transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Onunka 1.5 illik müqavilə imzalanıb. Taşkın indiyədək -ci liqanın digər təmsilçisi "Sakaryaspor”da çıxış edirdi.
Qeyd edək ki, İlter 2013-2016-cı illərdə U-21 millimizdə oynayıb. O, əsas millimizdə də bir oyun keçirib.
Fanat.Az