UEFA "Mançester Siti"yə ağır cəza verib.
Fanat.Az qurumun saytına istinadən xəbər verir ki, İngiltərə təmsilçisi iki mövsüm avrokuboklarda iştirak hüququndan məhrum edilib. Səbəb "şəhərlilər"in maliyyə feyr-pleyi qaydalarını pozmasıdı. Cəzanın 2020/21 və 2021/22 mövsümlərini əhatə etdiyi bildirilib. Bundan başqa, Premyer Liqa təmsilçisi 30 milyon avro məbləğində cərimələnib.
"Mançester Siti"nin İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edə biləcəyi vurğulanıb.
Fanat.Az