İtaliya Futbol Federasiyası VAR-a yenilik gətirmək istəyir.
Fanat.Az xəbər verir ki, federasiya VAR sistemində tərəflərə etiraz haqqının verilməsi üçün FİFA-ya müraciət edib.
Belə ki, komandalar hakimin VAR-a müraciət etmədiyi epizodlarda etiraz edərək, həmin epizoda baxılmasını tələb edə biləcək. Federasiya bu yenilik sayəsində etirazların və mübahisələrin azalacağını düşünür. A Seriyası komandalarının bu yeniliyi dəstəklədiyi və federasiyanın sınaqların çempionatda həyata keçirilməsi üçün hazır olduğu bildirilir.
Amerika basketbol liqasında bu mövsümdən etibarən hər məşqçiyə bir dəfə etiraz etmək haqqı verilib.
Fanat.Az