UEFA maliyyə feyr-pleyi (FFP) qaydalarını pozduğunu əsas gətirərək "Mançester Siti"ni iki mövsüm müddətinə avrokuboklardan uzaqlaşdırıb.
Fanat.Az xəbər verir ki, "Siti" qərarla əlaqədar olaraq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək. "The Telegraph"ın xəbərinə görə, "şəhərlilər"in apellyasiya şikayəti təmin edilməsə, baş məşqçi Pep Qvardiola yayda klubdakı gələcəyi barədə yenidən düşünəcək. Onun komandadan ayrılması ehtimal daxilindədi.
Son yayılan məlumatlara görə, Premyer Liqa rəhbərliyi də "Mançester Siti"yə sanksiyalar tətbiq edəcək.
Fanat.Az