Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası reallaşıb.
Fanat.Az xəbər verir ki, "Dənizlispor" Mehmet Özdileklə yolları ayırıb. Bu barədə qərar Super Liqanın XXII turunda "Kayserispor”a məğlubiyyətdən (0:1) sonra verilib.
Qeyd edək ki, "Dənizlispor” hazırda 24 xalla 11-ci yerdədi. Mehmet Özdilek komandaya ötən ilin oktyabrında baş məşqçi təyin olunmuşdu. Beləliklə, onun bu klubda fəaliyyəti cəmi 4 ay çəkib.
Fanat.az