Dortmund "Borussiya"sının futbolçusu Erlinq Haaland Çempionlar Liqasının tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, 19 yaşlı forvard turnirdəki debüt ilində 10 və daha çox qol vurmağı bacaran beşinci oyunçu olub. Norveçli futbolçu ötən axşam PSJ ilə oyunda (2:1) dubla imza atıb.
Daha öncə 1958/59 mövsümündə Fransa "Reyms"ində Jyust Fonten, 1978/79 mövsümündə İsveçrə "Qrasşopper"ində Klaudio Sulser və 2017/18 mövsümündə "Liverpul"da Sadio Mane ilə Roberto Firmino bu uğura imza atmışdı.
Fanat.Az