"Napoli”nin futbolçusu Fabian Ruis karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi "Real”ın transfer siyahısındadı.
İtaliya təmsilçisi oyunçunun satışından böyük paralar qazanmağı hədəfləyib. "Napoli” rəhbərliyi yarımmüdafiəçi üçün Madrid təmsilçisindən 150 milyon avro istəyib. Lakin madridlilər bu pulu ödəmək niyyətində deyil. "Ağlar” qarşı tərəfə 80 milyon avro təklif edib.
Hazırda danşıqlar davam edir. Fabian Luisin İspaniya nəhənginə şəxsən can atması transferin gərçəkləşmək ehtimalını artırır.
Yeri gəlmişkən, sözügedən ispaniyalı futbolçu bu mövsüm "Napoli" forması ilə 34 oyuna çıxıb və 4 qola imza atıb.
Fanat.Az