"Barselona”nın yeni transferi –
22 yaşlı hücumçu Martin Braytvayt Kataloniya təmsilçisində debüt edib.
Fanat.Az xəbər verir ki, danimarkalı evdə
"Eybar”ı 5:0 hesabıyla yendikləri matçda yarım saat forma şansı qazanıb. Martin görüşün ardından İspaniya mətbuatına açıqlama verib. "Barselona”da
oynamağın ona yuxu kimi gəldiyini deyən futbolçu matçda poker edən
kapitan - Lionel Messi haqda da danışıb:
"Məni Messi qucaqlayıb, paltarlarımı yumayacam.
Təsəvvür edin, bir həftə öncə "Barselona”da oynayacağım heç ağlıma da gəlmirdi.
Messi oyundan sonra məni təbrik etdi. O, əla oğlandı. Burda özümü rahat hiss
etməyimi istəyir. Meydana çıxanda ötürmə vermək üçün məni axtarırdı”.
Xatırladaq ki, "Barselona” Braytvaytı "Leqanes”dən
18 milyon avroya alıb.