Türkiyə Superliqasının 23-cü turu çərçivəsində baş tutan "Kasımpaşa” - "Dənizlispor” matçında üzücü olay yaşanıb.
Fanat.Az xəbər verir ki, oyuna tribunadan baxan "Kasımpaşa”nın sabiq idman direktoru Nursal Bilgin infarkt keçirib.
Matçın ikinci hissəsinə təsadüf edən bu hadisə zamanı Bilginə ilk tibbi yardım göstərilib. Ardından o, meydana çıxan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Bu üzdən baş hakim Atili Karaoğlan təcili yardım maşını arenanı tərk edənə qədər görüşü dayandırıb. Ardından qarşılaşma davam etdirilib.
Nursal Bilginin həyatını xilas etmək mümkün olmayıb. Artıq "NTV Spor” futbol adamının gözlərini əbədi yumduğunu yazıb.
Fanat.Az