Uzun illər Azərbaycanda oynamış Sadio Tounkara karyerasını Estoniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Trans” klubuna keçib. Bu barədə Narva təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, "Trans"da azərbaycanlı futbolçu Nuran Novruzov da çıxış edir. O, bir müddət əvvəl Estoniya klubuna keçib.
Onu da qeyd edək ki, Tounkara 2012-ci ildə Malinin "Janne d'Arc" klubundan "Xəzər Lənkəran"a gəlib və 2015-ci ilədək Lənkəran təmsilçisində oynayıb. 2016-cı ildə Cənubi Kiprin "Enosis" klubuna üz tutan malili yarımmüdafiəçi bir müddət sonra ölkəmizə dönərək AZAL (2016-2017) və "Zirə”də (2017-2019) oynayıb. 2019-cu ilin yayında "Zirə”dən ayrılan futbolçu klubsuz idi.
Fanat.Az