"Milan"ın futbol departamentinin rəhbəri Zvanimir Boban postunu tərk edib.
Fanat.Az xəbər verir ki, Boban baş direktor İvan Qazidislə arasındakı "soyuq müharibə" səbəbindən "Milan"dan ayrılıb. İnformasiyanı jurnalist Canluka Di Martsio yayıb.
"Rossonerilər"in texniki direktoru Paolo Maldini və idman direktoru Frederik Massaranın da klubdakı gələcəyi sual altındadı.
Hücumçu Zlatan İbrahimoviç və qolkiper Canluici Donnarummanın Bobanın gedişi ilə əlaqədar olaraq mövsümün sonunda "qırmızı-qaralar"ı tərk edəcəyi gözlənilir.
Fanat.Az