"Barselona" mövsümün sonunda genişmiqyaslı transfer kampaniyası həyata keçirmək niyyətindədi.
Fanat.az xəbər verir ki, katalon klubu Lionel Messinin karyerasının sonlarında güclü və rəqabətə davamlı komandada oynamasını istəyir.
Rəhbərlik ilk növbədə ötən illərdəki transfer səhvlərini təkrarlamamağa çalışacaq.
İspaniyanın "Sport" nəşrinin xəbərinə görə, "Barselona" yayda komandaya iki müdafiəçi və iki hücumçu cəlb etməyi planlaşdırır. "Transfer bazarı"ndakı vəziyyətdən asılı olaraq əlavə yarımmüdafiəçi transferi də nəzərdə tutula bilər.
"Barsa"nın yayla bağlı prioritet variantlarından biri Neymarın komandaya qayıtması olacaq.
Fanat.Az