İtaliya A Seriyasında növbəti baş məşqçi istefası reallaşıb.
Fanat.Az xəbər verir ki, "Kalyari”nin baş məşqçisi Ronaldo Maran postunu tərk edib. Buna səbəb komandanın çempionatında uğursuz çıxışı olub. Baş məşqçi ilə yanaşı, məşqçilər - Canluka Maran və Kristian Maran komadanı tərk edib.
Qeyd edək ki, "Kalyari" Ronaldo Maranın rəhbərliyi altında sonuncu dəfə ötən il dekabrın 2-si "Sampdoria”ya qalib gəlib. Komanda hazırda A Seriyasının turnir cədvəlində 32 xalla 11-ci yeri tutur.
Fanat.Az