İsveçrə Futbol Federasiyası futbol yarışlarının dayandırılması barədə qərar qəbul edib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Qərara səbəb ölkədə genişlənməkdə olan koronavirus təhlükəsidi.
Federasiya Super Liqa da daxil olmaqla, bütün futbol turnirlərində oyunları martın 23-nə qədər təxirə salıb. Rəsmi açıqlamada qeyd olunur ki, hökumətin verəcəyi qərarlardan asılı olaraq, bu müddət artırıla da bilər.
Fanat.Az