"Fənərbağça" Ərsun Yanalın gedişindən sonra baş məşqçi axtarışlarını davam etdirir. Niko Kovaç, Mirçea Luçesku, Roqer Şmidt, Erol Bulut kimi çalışdırıcıların adları "sarı-göylər"lə yanaşı hallanır.
Fanat.az "Fanatik"ə istinadən xəbər verir ki, Niko Kovaç mövsümün ortasında komandanın sükanı arxasına keçməkdə maraqlı deyil. Bu səbəbdən "Fənərbağça" diqqətini digər mütəxəssislərə yönəldib. Onların sırasında xüsusilə də Luis Felipe Skolari ismi ön plana çıxır. İstanbul klubunun rəsmiləri ilə artıq onunla əlaqə yaradıblar.
Son iş yeri "Palmeyras" olan 71 yaşlı mütəxəssisin bir neçə klubdan təklif aldığı bildirilir.
Fanat.Az