Niderland millisinin sabiq hücumçusu Robin van Persi "Feyenoord"un məşqçilər korpusunun tərkibinə daxil edilib.
Fanat.Az xəbər verir ki, Van Persi komandada hücumçularla işləyən məşqçi funksiyasını yerinə yetirəcək. "RTV Rijnmond"-un məlumatına görə, 36 yaşlı mütəxəssis ilk olaraq Robert Bojenik və Nikolay Yorqensenlə fərdi şəkildə məşğul olacaq.
Van Persi "Feyenoord"un yetirməsidi. O, 2001-2004 və 2018-2019-cu illər aralığında Rotterdam klubunun formasını geyinib.
Fanat.Az