"Barselona"nın sabiq oyunçusu Ronaldinyo Paraqvayda yenidən saxlanılıb.
Fanat.Az xəbər verir ki, Ronaldinyo və qardaşı Roberto növbəti dəfə polis bölməsinə aparılıblar. Onlar ölkəyə daxil olarkən saxta pasportdan istifadədə ittiham olunurlar.
Şənbə günü hakimin Ronaldinyonun sərbəst buraxılması və ya istintaq müddətində həbsdə saxlanılması ilə bağlı qərar qəbul edəcəyi gözlənilir.
Daha əvvəl braziliyalı futbolçunun Paraqvay prokurorluğunun qərarı ilə ittihamdan azad edildiyi bildirilmişdi. Lakin hakim prokurorun təklifini təsdiqləməkdən imtina edib.
Fanat.Az