İtaliyanın "Novara" klubunun sahibi Mauritsio Rullo koronavirus xəstəliyinə tutulub.
Fanat.Az xəbər verir ki, biznes səyahəti üçün Almaniyaya yollanan Rullo koronavirusa yaxalanıb. Bu barədə məlumatı "Novara"nın mətbuat xidməti təsdiqləyib.
Funksioner Lombardiyadakı xəstəxanalardan birinə yerləşdirilib.
Klub daxilində bütün profilaktik tədbirlərin görüldüyü və lazımi testlərin həyata keçirildiyi bildirilir.
Fanat.Az