FIFA DÇ-2022-nin Asiya qitəsi üzrə keçirilməli olan təsnifat oyunları ilə bağlı bəyanat yayıb.
Fanat.Az xəbər verir ki, koronavirus epidemiyasının yayılması səbəbindən mart ayının sonuna və iyunun əvvəlinə planlaşdırılan görüşlər qeyri-müəyyən tarixə təxirə salınıb.
Bununla belə, koronavirus ilə əlaqədar lazımi təhlükəsizlik tədbirləri görüləcəyi və rəqiblər arasında qarşılıqlı razılıq olacağı təqdirdə, FIFA rəhbərliyi mart və iyun aylarında bəzi oyunların keçirilməsinə icazə verilə biləcəyini istisna etməyib. Bunun üçün ilk növbədə qurumdan və Asiya Futbol Konfederasiyasından razılıq almaq lazım gələcək.
Fanat.Az