"Mançester Yunayted" hücumçu Tait Çonqla müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, yeni sözləşmə 2022-ci ilin iyun ayına kimi nəzərdə tutulub. Müddətin tamamında müqavilə daha bir il uzadıla bilər.
20 yaşlı futbolçu "Barselona", "Yuventus" və "İnter" kimi klubların maraq dairəsindədi.
Çonq 2016-cı ildə "qırmızı şeytanlar"ın akademiyasına qoşulub. O, əsas komandanın heyətində 14 matçda meydana çıxıb.
Fanat.Az