UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədləri açıqlayıb.
Fanat.Az xəbər verir ki, siyahıda Marsel Zabitser ("Layptsiq"), Xuan Bernat (PSJ), Yosip İliçiç ("Atalanta") və Yan Oblakın ("Atletiko") adları yer alıb.
Zabitser "Tottenhem"lə oyunda dubl müəllifi olmuşdu. Xuan Bernat Dortmund "Borussiya"sı ilə görüşdə komandasının ikinci qoluna imza atmışdı. Yosip İliçiç "Valensiya" matçında poker edərək ÇL-in tarixinə düşmüş, Yan Oblak isə "Liverpul"a qarşı 11 seyvlə oynamışdı.
UEFA-nın saytına daxil olmaqla səsvermədə iştirak etmək mümkündü.
Fanat.Az