Mövsümün sonuna kimi İngiltərədəki bütün futbol oyunları koronavirus səbəbindən bağlı qapılar arxasında keçirilə bilər. Siyahıya Premyer Liqa matçları da daxildi.
Fanat.Az xəbər verir ki, İngiltərə hökuməti bu gün bu yöndə qərar qəbul edəcək. "The Times" nəşrinin məlumatına görə, çempionatların dayandırılması ehtimal daxilində deyil.
Mövsümlük abunə və fərdi oyun biletlərinin sahibləri ödəniş etmədən matçları internet vasitəsilə izləyə biləcəklər. Pablarda yayım olmayacaq.
Fanat.Az