Almaniya Bundesliqasında növbəti turun oyunları boş tribunalar önündə keçiriləcək.
Fanat.Az xəbər verir ki, Bundesliqanın və ikinci divizionun yayım haqqına sahib "Sky Sport Deutschland" kanalı qarşıdakı turun görüşlərini pulsuz yayımlayacağını açıqlayıb. Beləliklə, abunəçilərlə yanaşı, sıravi futbolsevərlər də oyunları izləyə biləcəklər.
Almaniyada koronavirusa yoluxanların sayı 1900-ü keçib. Ölkədə epidemiya səbəbindən 3 nəfər dünyasını dəyişib.
Fanat.Az