Rusiya Futbol İttifaqı (RFİ) milli komandanın baş məşqçisi Stanislav Çerçesovun müqavilə müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, informasiyanı milli komandanın mətbuat xidməti yayıb. 57 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalanıb. Onun əvvəlki müqaviləsinin müddəti bu ilin yayında bitəcəkdi.
Qeyd edək ki, Çerçesov 2016-cı ilin avqustundan Rusiya millisini çalışdırır. Sözügedən yığma onun rəhbərliyi altında 2018-ci ildə ölkədə keçirilən dünya çempionatında tarixində ilk dəfə 1/4 finalda oynayıb. Avro-2020-nin final mərhələsinə də vəsiqə qazanıb.
Fanat.Az