"Atalanta"nın hücumçusu Yosip İliçiç Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
Fanat.Az xəbər verir ki, İliçiç UEFA-nın rəsmi saytında keçirilən səsvermədə qalib olub. Sloveniyalı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində "Valensiya" ilə oynanılan matçda (4:3) poker etmişdi.
İliçiç səsvermədə Marsel Zabitser ("Laypsiq"), Xuan Bernat (PSJ) və Yan Oblakı ("Atletiko") qabaqlayıb.
Fanat.Az