"Barselona"nın bu gün keçirilməli olan məşqi baş tutmayıb.
Fanat.Az xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq "Barselona" əsas komandanın bütün fəaliyyətlərini dayandırmaq qərarına gəlib. Katalon klubu bu barədə bəyanat yayıb.
Qeyd edək ki, La Liqada qarşıdakı iki turun oyunları təxirə salınıb.
Fanat.Az