Daha bir futbolçu koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu dəfə yoluxma faktı Fransada qeydə alınıb. Liqa 2-də çıxış edən "Oser" klubunun akadamiyanın gənc oyunçusunda virus aşkarlanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Klub futbolçunun adını açıqlamayıb və onun vəziyyətinin normal olduğunu vurğulayıb.
Qeyd edək ki, daha öncə Liqa 2-də "Trua"nın cənubi koreyaları futbolçusu Sok Hyon Cunda koronavirus aşkarlanıb. Fransa Futbol Federasiyası koronavirus pandemiyası səbəbindən ölkədəki bütün futbol matçlarını təxirə salıb.
Fanat.Az