"Flamenqo"nun (Flamengo) baş məşqçisi Jorji Jezuşda (Jorge Jesus) koronavirus (coronavirus) aşkarlanıb.
Fanat.Az xəbər verir ki, Jezuşun ilkin analiz nəticəsi pozitiv çıxıb. Onun yenidən testdən keçəcəyi gözlənilir.
İlk olaraq "Flamenqo"nun vitse-prezidenti Maurisio Qomes de Mattos Covid-19 virusuna yoluxmuşdu. Hazırda Braziliya klubunun futbolçuları karantində saxlanılırlar.
Jezuş 2019-cu ildən "Flamenqo"nu çalışdırır. 65 yaşlı mütəxəssis ilk mövsümündə komandaya Braziliya və Libertadores çempionluğunu qazandırıb.
Qeyd edək ki, daha əvvəl "Arsenal"ın baş məşqçisi Mikel Artetaya koronavirus diaqnozu qoyulmuşdu.
Fanat.Az