"Barselona" "Bavariya"nın Filippe Koutinyonu transfer etməyəcəyindən əmindi.
Fanat.Az "Diario Sport"a istinadən xəbər verir ki, "Barselona" 90 milyon avro qarşılığında Koutinyonu satmağa hazır olsa da, "Bavariya" onun transfer haqlarını ələ keçirmək niyyətində deyil.
Katalon klubu braziliyalı futbolçunu yayda məhz 90 milyon avroya transfer bazarına çıxarmaq istəyir. Lakin "Bavariya" ilə yanaşı, digər Avropa klubları da bu məbləği ödəmək fikrində deyil.
Koutinyonun Premyer Liqa klublarından birinə icarəyə veriləcəyi gözlənilir.
Fanat.Az