"Real"ın vingeri Qaret Beyl yay "transfer pəncərəsi"ndə komandadan ayrıla bilər.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Real"ın prioritet hədəflərindən biri Beylin göndərilməsidi. Madrid klubunun rəhbərliyi uelsli futbolçuya kifayət qədər şans tanıdıqlarını, ancaq onun ümidləri doğrultmadığını düşünür.
Yüksək məvacib tələb etməsi səbəbindən, Beyllə yolları ayırmaq elə də asan olmayacaq. Bu üzdən "Real" yayda 30 yaşlı oyunçunu ödənişsiz sərbəst buraxmağa hazırdı.
Beylin "kral klubu" ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. O, ildə 17 milyon avro qazanır.
Fanat.Az