Futzal üzrə Çempionlar Liqasının "Dördlər finalı” təxirə salınıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Bildirilir ki, qurumun İcraiyyə Komitəsi koronavirus pandemiyasına görə belə bir qərar qəbul edib.
Qeyd edək ki, turnir 24-26 aprel tarixlərində Belarusun paytaxtı Minskdə keçirilməli və yarımfinalda "Barselona" (İspaniya) - KPRF (Rusiya) və "Mursiya" (İspaniya) - "Tümen" (Rusiya) qarşılaşmaları baş tutmalı idi.
Fanat.Az