"Arsenal" yarımmüdafiəçisi Matteo Genduziyə yeni müqavilə təklif etmək niyyətindədi.
Fanat.Az "La Gazzetta dello Sport"un jurnalisti Nikolo Skiraya istinadən xəbər verir ki, "Arsenal" Genduzinin sözləşməsini 2025-ci ilə kimi uzatmaq istəyir. "Topçular" artıq 20 yaşlı futbolçunun meneceri ilə danışıqlara başlayıb.
Cari mövsümdə Premyer Liqada 22 oyunda meydana çıxan Genduzi 2 məhsuldar ötürmə müəllifi olub.
Fanat.Az