Agent Mino Rayola ulduz futbolçulardan birinin "Real"a transferini həyata keçirmək niyyətində olduğunu bildirib.
Fanat.Az xəbər verir ki, Rayola "Marca"ya açıqlamasında Madrid klubu ilə yaxşı münasibətlərə sahib olduğunu qeyd edib:
"Real"a ulduz oyunçu vermək istəyirəm. Yayda bunun üçün çalışacam. Mən və oyunçularım üçün "Real"a keçmək fəxrdi. "Real" böyük klubdu.
Madrid klubu ilə çox yaxşı əlaqələrim var. Tez-tez Xose Sançeslə ("Real"ın baş direktoru - Fanat.Az) söhbətləşirik. Onunla futbol barədə danışmaq xoşuma gəlir".
Rayolanın müştəriləri sırasında Pol Poqba ("Mançester Yunayted") və Erlinq Holann (Dortmund "Borussiya"sı) kimi futbolçular var.
Fanat.Az