İsveçrənin "Sion" klubunun prezidenti Kristian Konstantin koronavirus səbəbindən bütün futbolçuların maaşını azaltmaq istəyib.
Fanat.Az xəbər verir ki, bütün futbolçulara işsizlik sığortası miqdarında - 12 min 350 İsveçrə frankı (21 min 677 manat) maaş təklif edib. Lakin futbolçular onun təklifi ilə razılaşmayıb. Buna qəzəblənən Kristian Konstantin bütün heyətin müqaviləsini birtərəfli qaydada pozub.
Bununla bağlı açıqlama verən Kristian Konstantin "Bütün gəlirlərimizdən məhrum olmuşuq. Onlar isə güzəştə getmədi. Mən də işlərini görmələrini yasaqladım" deyib.
Qeyd edək ki, "Sion"un ən yüksək maaş alan futbolçuları sırasında Paytim Kasami, Aleks Sonq, Ermir Lenyani, Xavyer Kuassi, Seydu Doumbiya, Maykl Faççinetti, Kristian Zok və Birama Ndoye kimi oyunçular var.
Fanat.Az