"Yuventus"un hücumçusu Qonzalo İquain karantindən çıxıb.
Fanat.Az xəbər verir ki, səbəb 32 yaşlı forvardın anasının xəstələnməsidi.
Argentinalı Fransa və İspaniya vasitəsilə vətəninə dönməyə məcbur qalıb. İtaliyadan ayrılmadan əvvəl futbolçu koronavirus testindən keçib. Testin nəticəsinə görə oyunçuda virus aşkarlanmayıb.
Qeyd edək ki, "Yuventus"un iki futbolçusu - Daniel Ruqani və Blez Matuidi koronavirusa yoluxub.
Fanat.Az