"Yuventus" yayda müqaviləsinin müddəti bitəcək üç futbolçusu ilə yeni anlaşma imzalamağı planlaşdırır.
Fanat.Az "Corriere di Torino"ya istinadən xəbər verir ki, bunlar qapıçı Canluici Buffon, müdafiəçi – kapitan Corcio Kyellini və yarımmüdafiəçi Blez Matyuididi.
Sözügedən futbolçuların hərəsinə 1 illik yeni sözləşmə təklif ediləcək.
Fanat.Az