"Espanyol”un sabiq çalışdırıcısı Benito Xoanet koronavirusdan ölüb.
Fanat.Az xəbər verir ki, Barselonada dünyaya gələn mütəxəssis "Espanyol” və "Deportivo”da top qovub.
O, 1955-ci ildə İspaniyanın gənclər komandası ilə dünya çempionu olub. Sözügedən çalışdırıcı "Espanyol”la yanaşı, "Deportivo”, "Erkules” və "Kadis”də də işləyib.
Xoanet 84 yaşında dünyasını dəyişib.
Fanat.Az